Batmış gəmidən 4 ton qızıl tapılıb

Britaniya donanmasına məxsus sualtı qayığın heyəti İslandiya sahillərində İkinci Dünya müharibəsinə aid “SS Minden” batmış alman gəmisində külli miqdarda qızıl aşkar edib.

776839
Batmış gəmidən 4 ton qızıl tapılıb

Məlumata görə gəmi 1939-cu ildə Braziliyadan Almaniyaya gəlirmiş. Hitler britaniyalıların gəmini gördüklərindən sonra, gəmi kapitanına gəmini batırmağı tapşırıb.

4 tona yaxın qızıl Britaniyanın “Advanced Marine Services” şirkətinin əməkdaşları tərəfindən tapılıb. Xəzinənin ümumi dəyəri 100 milyon funt sterlinq dəyərində qiymətləndirilir.

Braziliyadan Alımaniyaya üzən gəmi 1939-cu ilin sentyabrında İslandiya sahillərindən 190 kilometr uzaqda batıb.

İslandiyalı səlahiyyətlilər, Advanced Marine Servicesın ölkənin sahil sularında axtarış icazəsi olmadığını, bu səbəblə xəzinənin iadesinin mümkün olmayacağını bildirib.



Әlaqәli Xәbәrlәr