Türk boksçu Tunahan Kəsər meşəlikdə ölü tapılıb

Almaniyanın Hamburq şəhərində 23 İyunda itkin düşən Türk boksçu Tunahan Kəsərin şoşə yola yaxın meşəlik sahədə meyidi tapılıb.

776082
Türk boksçu Tunahan Kəsər meşəlikdə ölü tapılıb

Almaniyanın Morgenpost qəzetinin xəbərinə görə, 22 yaşlı Kəsərin cəsədi, bir yük maşını sürücüsü tərəfindən, A7 şosə yol üzərindəki Holmmoor yaxınlarında meşəlik sahədə tapılıb

Hamburqda yaşayan Tunahan Kəsərin, 23 İyunda eyni şəhərdə rəqibinin qarşısına çıxacağı matç ləğv edilmişdi. Eyni  günü saat 00.30-də isə Avropa çempionu və Tunahanın məşqçisi olan 37 yaşlı Khoren Gevork şəxsiyyəti naməlum biri tərəfindən güllələnmişdi. Həmin hücumdan17 saat sonra, Kollau Prospektindəki iş yerindən çıxan Tunahan Kəsər oğurlanmışdı.



Әlaqәli Xәbәrlәr