Reks Tillerson Qәtәrdә üçtәrәfli görüş keçirdi

Qətər, ABŞ vә küveytli nazirlәr üçtәrәfli toplantı keçirib.

768898
Reks Tillerson Qәtәrdә üçtәrәfli görüş keçirdi

Qətər, ABŞ vә küveytli nazirlәr  üçtәrәfli toplantı keçirib.

Toplantıda Qәtәr  Əmiri Tәmim  bin Həməd Әl Sani də iştirak edib.

Bu barәdә Qәtәrin rәsmi xәbәr agentliyi QNA mәlumat verib.

Mәlumata görә, Qətərin xarici işlәr naziri Məhəmməd bin Əbdürrəhman Әl Sani, Küveytin dəftərxana məsələləri üzrə dövlәt katibi  Məhəmməd Abdulla əs-Sabah və ABŞ dövlәt katibi  Reks Tillerson Qәtәrin  paytaxtı  Dohadakı  Əl-Bahr Sarayında bir araya gәlib.

Tərəflər Körfəz böhranını, regional və beynəlxalq problemləri, Küveytin vasitəçiliyini müzakirə ediblər.



Әlaqәli Xәbәrlәr