Üstünlük müxalifətdə oldu Monqolustan prezident seçkilərində

Seçkilərdə əhalinin 60,41 faizi iştirak edib, 8,3 faiz boş səs qeyd olunub.

767237
Üstünlük müxalifətdə oldu Monqolustan prezident seçkilərində

  Monqolustanda prezident seçkilərini müxalifətdəki Demokratik Partiyanın namizədi, iş adamı Xaltma Battulqa (Khaltmaa Battulga) qazanıb.

  Seçkilərdə əhalinin 60,41 faizi iştirak edib, 8,3 faiz boş səs qeyd olunub.

  Mərkəzi Seçki Komissiyasından verilən mlumatda səslərin 87 faizinin sayıldığı bildirilir. 54 yaşlı iş adamı və Sovet döyüş idmanı samboda vaxtilə dünya çempionu olmuş Battulqa səslərin 50,7 faizini əldə edib.

  İqtidardakı Monqolustan Xalq Partiyasının namizədi və Məclis sədri Mieyqombo Enxbold (Mieygombo Enkhbold) isə 41 səs toplayıb.

  Zəfərini elan edən X.Battulga onu dəstəkləyənlərə təşəkkür edərək etimadı doğruldacağı, ölkənin qarşılaşdığı çətinliklərin öhdəsindən gəlmək üçün əlindən gələni edəcəyini bildirib.

  Qeyd edək ki, 26 iyunda seçkilərin birinci mərhələsində Battulqa 38, Enxbold 30,3, İnqilabçı Xalq Partiyası namizədi Sainxu Qanbaatar isə (Sainkhuu Ganbaatar) 30,1 faiz səs toplamışdı.



Әlaqәli Xәbәrlәr