Etirazçılar  Almaniyanın Hamburq şəhərinə axın etdi

G20 ölkələrinin siyasətlərinə etiraz edən qruplarla polis əməkdaşları arasında gecə-gündüz toqquşma yaranır.

766604
Etirazçılar  Almaniyanın Hamburq şəhərinə axın etdi

“İyirmilik” qrupunun ölkə liderləri ilə etirazçılar da  Almaniyanın Hamburq şəhərinə axın etdi.

G20 ölkələrinin siyasətlərinə etiraz edən qruplarla polis əməkdaşları arasında gecə-gündüz toqquşma yaranır.

Toqquşmalar zamanı ümumilikdə polis əməkdaşı olmaqla 100-dən çox insan yaralanıb, xeyli sayda maşına od vurulub.

Etirazçıların şəhər mərkəzinə və liman bölgəsinə girmək istəməsi nəticəsində gərginlik dərinləşib.

Etirazçılar alman polisinin sərt müdaxiləsi ilə qarşılaşıb.

Almaniya mətbuatı etirazçıların ABŞ prezidenti Doland Trampın sammitə gedəcəyi istiqamətdə oturaq aksiyası keçirildiyini, ancaq polisin aksiyaçılara müdaxilə etdiyini bildirib.

Xəbərlərdə həmçinin Trampın maşınının aksiyaya görə yolu uzadaraq sammitin keçiriləcəyi mərkəzə getdiyi qeyd edilib.

Almaniyanın iqtisadiyyat naziri şəhərdə keçirilən etiraz aksiyalarına görə bəzi proqramlarını ləğv etmək məcburiyyətində qalıb.

“İyirmilik” qrupun sammitinə ev sahibliyi edən Hamburqda ən böyük etiraz aksiyasının sabah keçirilməsi planlaşdırılır.



Әlaqәli Xәbәrlәr