Fransada məsciddən çıxan insanlar atəşə tutulublar

Fransanın cənub-şərqində yerləşən Avingnon şəhərində iki maskalı şəxs avtomobillə Rahmət məscidinə yaxınlaşaraq oradan çıxan insanlara atəş açıblar.

763052
Fransada məsciddən çıxan insanlar atəşə tutulublar

Fransanın cənub-şərqində yerləşən Avingnon şəhərində iki maskalı şəxs avtomobillə Rahmət məscidinə yaxınlaşaraq oradan çıxan insanlara atəş açıblar.

"La Provence” qəzetinin xəbərinə görə, iki maskalı şəxsin avtomobillə məscidə yaxınlaşaraq oradan çıxan insanlara atəş açması nəticəsində 4 nəfər yaralanıb. Hadisə yerində 50 metr məsafədəki çox mərtəbəli binaya girən silahlı şəxslər orda da daha 4 nəfəri yaralayıblar.

Hadisə yerinə polis qüvvələri cəlb edilib. Cinayəti törədənlərin yaxalanması istiqamətində tədbirlər görülür.

İnsidentin terror hücumu olmadığı, gənclər  arasındakı münaqişədən mənbələnə biləcəyi ehtimalının güclü olduğu irəli sürülüb.



Әlaqәli Xәbәrlәr