Baş nazir Rama Parlamentə seçkilərdə qələbə qazanıb

25 İyunda Albaniyada keçirilən parlament seçkilərində geyri rəsmi nəticələrə görə seçkilərdə ölkənin baş nazirinin başçılıq etdiyi Albaniya sosialist Partiyası liderlik edir.

760353
Baş nazir Rama Parlamentə seçkilərdə qələbə qazanıb

Baş nazir Ramanın partiyası 48,33% səs toplayaraq 140 üzvü olan Məclisdə, 74 yer qazanıb.

Albaniya Demokratik Partiyası (PD) səslərin 28,81% toplayaraq 43, Sosialist Inteqrasiya Hərəkatı (LSI) isə 14,28% reytinq ilə 19 millət vəkili qazanaraq 3-cü sırada iştirak edib. Bu partiyanı isə 4,8% səs toplayan Ədalət, İnteqrasiya və Birlik Partiyası (PDİU) izləyib.

Məlumata görə seçki fəallığı 50%-dən daha az olub.

Baş nazir Rama, xalq öz gələcəyini müəyyənləşdirdi deyərək seçicilərə minnətdarlığını bildirib.



Әlaqәli Xәbәrlәr