"Alyans üzvləri NATO üçün müdafiə xərclərini artırmaqda davam edir", Y.Stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq Alyans üzvlərinin NATO üçün müdafiə xərclərini artırmağa davam etdiyini söyləyib.

760789
"Alyans üzvləri NATO üçün müdafiə xərclərini artırmaqda davam edir", Y.Stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq Alyans üzvlərinin NATO üçün müdafiə xərclərini artırmağa davam etdiyini söyləyib.

NATO-nun baş katibi Stoltenberq sabah Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahında keçiriləcək NATO Müdafiə Nazirləri  yığıncağının gündəmi ilə əlaqəli olaraq jurnalistlərə açıqlamalar verib.

Stoltenberq yığıncaqda müzakirə olunacaq əsas mövzuların terrorla mübarizə, Əfqanıstan, İraq, müdafiə xərclərində üzv ölkələrin üzərindəki yükün bölüşülməsi, Avropa İttifaqı ilə əməkdaşlıq və Baltik dənizindəki təhlükəsizliklə bağlı vəziyyətin olunacağını söyləyib.

Alyans daxilində NATO üçün müdafiə büdcələrini artırmağın vacib olduğunu dilə gətirən Stoltenberq belə deyib: "İllərlə Alyans geri qaldı. Davam edən bu prosesdən sonra 2015-ci ildə NATO-nun Avropalı müttəfiqləri və Kanadada Alyans üçün müdafiə xərclərində gerçək artım gördük. 2016-cı ildə də bu proses davam etdi və bu il 4,3 faiz artımı nəzərdə tuturuq. 2017-ci il beləcə NATO üçün ölkələrin müdafiə xərclərinin dalbadal artdığı 3-cü il olacaq. Bu vəziyyət son üç ildə avropalı müttəfiqlərin və Kanadanın NATO-ya 46 milyard dollara yaxın müdafiə xərci etdiyi mənasını daşıyır."

Stoltenberq NATO üzvlərinin Alyans üçün müdafiə xərclərini artırma öhdəliyini tətbiq etməyə başladığını, beləliklə 2015-ci ildən bəri NATO-ya istiqamətli xərclərdə artım olduğunu qeyd edib.

Avropalı müttəfiqlərin bunu ABŞ-nı məmnun etmək üçün deyil öz maraqları üçün etmələrinin vacibliyini vurğulayan Stoltenberq müdafiə ilə əlaqəli öhdəlik qərarını şəxsən Avropa ölkələrinin yerinə yetirdiyini xatırladıb.

Qeyd edək ki, sabah Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahında keçiriləcək NATO Müdafiə Nazirləri  yığıncağında Türkiyəni Milli Müdafiə naziri Fikri İşıq təmsil edəcək.



Әlaqәli Xәbәrlәr