BMT-nin İnsan Hüquqları üzrә Ali Komissarlığı Böyük Nuri mәscidinә tәşkil edilәn hücumu qınadı

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları  üzrә Ali Komissarlığı   terror təşkilatı DEAŞ-ın  İraqın Mosul şәhәrindәki Böyük Nuri mәscidinә tәşkil etdiyi hücumu qınayıb.

758657

Bu barәdә BMT-nin  İnsan Hüquqları  üzrә Ali Komissarlığının   sözçülәrindәn Ravina Şamdasani BMT-nin Cenevrәdәki qәrargahında keçirilәn mәtbuat konfransında  bildirib.

‘‘Mosuldaki  Böyük Nuri məscidi və Əl Habda minarəsinə tәşkil edilәn  hücumu qınayırıq.  Әldә edilәn mәlumatlara görә, hücum İraq qüvvәlәrinin mәscidә yaxınlaşdığı zaman törәdilib’’,- deyә  BMT-nin İnsan Hüquqları  üzrә Ali Komissarı  Ravina Şamdasani bildirib.

R.Şamdasani DEAŞ-ın  keçirdiyi hücumun müqәddәs mәkanlara tәşkil etdiyi ilk hücum olmadığını qeyd edәrәk , terror təşkilatının daha əvvəl də dini baxımdan əhəmiyyət daşıyan məscid, kilsə, türbə və qəbiristanlıqları hədəf aldığını xatırladıb.

Әlaqәli Xәbәrlәr