ABŞ-lı diplomat casusluqda  ittiham edilir

Çin kəşfiyyatına "çox məxfi " sənədlər verməkdə ittiham edilən ABŞ-lı keçmiş diqlomat ədalət qarşısına çıxarılıb.

758355
ABŞ-lı diplomat casusluqda  ittiham edilir

Keçmiş diplomat 60 yaxlı Kevin Patrick Mallory casusluqda ittiham edildiyi üçün Virginia əyalətindəki federal məhkəmədə hakim qarşısına çıxarıldı.

Ömürlük həbs cəzasına məhkum edilməsi gözlənilən Mallory 1987-ci ildən 1990-a qədər ABŞ dövlət katibliyində işləyib. Çin dilinə hakim olan diplomatın daha əvvəl də hava limanında qeydiyyatdan keçməmiş 15 min dollar pul  ilə   tutulduğu  bildirilir.

Hakim John Gibbs, Mollory haqqındakı iddia ilə əlaqəli verdiyi açıqlamada Çin kəşfiyyat işçilərindən 25 min dollar aldığı irəli sürülən Mallorynin edama  belə məhkum  edilə  biləcəyini qeyd edib.

 



Әlaqәli Xәbәrlәr