Fransanın müdafiə naziri istefa verdi

Fransanın müdafiə naziri Sylvie Goulard vəzifəsindən istefa verdi

756342
Fransanın müdafiə naziri istefa verdi

Fransanın müdafiə naziri Sylvie Goulard vəzifəsindən istefa verdi.

Buna səbəb nazirin partiyası ilə bağlı qaldırılan istintaq işi olub. Nazir bildirib ki, o, prezidentin nəzərdə tutduğu yeni kabinetin tərkibində olmaq istəmir.

Sylvie Goulard “Demokratik Hərəkat” partiyasının üzvüdür. Emmanuel Macron prezident seçildikdən sonra “Demokratik Hərəkat” partiyası hakim partiya ilə ittifaq qurub.

Lakin hazırda bu partiyaya qarşı Avropa Parlamentində qeyri-qanuni işləri ilə əlaqədar istintaq prosesi başladılıb. Nazir istintaqın partiyanın fəaliyyətinə kölgə salmasını istəmədiyini bildirib.



Әlaqәli Xәbәrlәr