Əfqanıstanda ABŞ əsgərlərinə silahlı hücum oldu

Əfqanıstanın Mezar-ı Şərif şəhərində bir əfqan əsgərinin NATO bazasında xidmət edən Amerika Birləşmiş Ştatları əsgərlərinə silahla hücum etməsi nəticəsində 4 əsgər yaralanıb.

754782
Əfqanıstanda ABŞ əsgərlərinə silahlı hücum oldu

Əfqanıstanın şimalındakı 209-cu Şahin Korpusu Komandanlığının sözçüsü Əbdülqədir Ara Mezar-i Şərifin Dehdadi bölgəsində yerləşən hərbi hissədə bir əsgərin onlara təlim keçən ABŞ əsgərlərinə atəş açdığını söylədi.
 
 Hücumda 4 ABŞ əsgərinin yaralandığını qeyd edən Aram hadisədən sonra təcavüzkarın zərərsizləşdirildiyini bildirdi.
 
 Əfqanıstandakı ABŞ qüvvələrindən verilən açıqlamada məsələnin araşdırıldığı qeyd edilir.
 
 Təxminən 2 ay əvvəl 209-cu Şahin Korpusu Komandanlığına terrorçular tərəfindən təşkil olunan hücumda da 140 təhlükəsizlik işçisi həyatını itirmişdi.
 
 ABŞ-ın  birlikdə çalışdığı əfqan ordusunda ABŞ əsgərlərinə qarşı təcavüz hallarına son dövrdə tez-tez rast gəlinir.
 
 Bir həftə əvvəl də ölkənin şərqində Nangarhar vilayətində 3 amerikan əsgəri bir əfqan əsgəri tərəfindən öldürülmüşdü.



Әlaqәli Xәbәrlәr