Böyük Britaniyadan ərǝb ölkǝlǝrǝ çağırış

Böyük Britaniya Baş naziri Theresa May, dünən axşam Səudiyyə ərəbistanı, Bəhreyn və Qətər liderləriylə telefon vasitǝsiylǝ görüşüb.

754007
Böyük Britaniyadan ərǝb ölkǝlǝrǝ çağırış

Böyük Britaniya, bəzi ərəb ölkələrinin Qətər ilǝ diplomatik ǝlaqǝlǝri dayandırmaları nǝticǝsindǝ yaranan gərginliyǝ son qoyulması haqqında Səudiyyə ərəbistanı başda olmaqla Bəhreyn və Qǝtǝrǝ çağırış edib.

İngiltərə Baş nazirliyindǝn verilǝn mǝlumata görǝ May, danışıqlar zamanı körfəz bölgəsində Qǝtǝrǝ tətbiq olunan embarqoyla əlaqədar bütün tərəflərin dialoq başlatması və Körfəz əməkdaşlıq Şurasının hǝmrǝyliyini tǝcili olaraq yenidən təsis etməsi haqqında çağırışı edib. Qǝtǝrin, terrora qarşı mübarizǝ mövzusunda Körfəz müttəfiqləriylə ǝmǝkdaşlığa davam etmǝsinin vacib olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr