İrandan Tillersona sərt reaksiya

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi Amerika Birləşmiş Ştatlarının dövlət katibi Rex Tillersonun :"İrandakı rejim dəyişikliyinin tərəfdarı olan qrupları dəstəkləyirik" sözlərinə reaksiya göstərdi.

753587

 Kasımi Amerika Birləşmiş Ştatlarının dövlət katibi Rex Tillersonun söylədiklərini beynəlxalq qanunların açıq şəkildə pozulması kimi səciyyələndirdi.
  
 ABŞ-ın İran əleyhinə uzun zaman davam edən siyasətinin təsirsiz və yararsız olduğunu qeyd edən Kasımi bu siyasətin İran xalqında ABŞ-a olan nifrəti artırdığını söylədi.
 
Qeyd edək ki, ABŞ dövlət katibi Rex Tillerson Senatın xarici əlaqələr komissiyasında çıxış edərkən: "İran mövzusundakı siyasətimiz bu hegemoniyaya son qoymaq, nüvə silahı istehsalı qabiliyyətini ortadan qaldırmaq və yumşaq bir şəkildə rejim dəyişikliyi etmək üçün ölkə içindəki qrupları dəstəkləməkdən ibarətdir" ifadələrini işlətmişdi.

Әlaqәli Xәbәrlәr