İngiltərəyə Avropada qapı hər zaman açıqdır

Almaniya kansleri Angela Merkel bildirib ki, İngiltərənin Avropa İttifaqından ayrılmasıyla (Brexit) bağlı müzakirələr yenidən 19 iyun tarixindən başlanacaq.

752917
İngiltərəyə Avropada qapı hər zaman açıqdır

    Brandenburq əyalətinin Meseberq qəsəbəsində etdiyi çıxışında A.Merkel İngiltərənin Baş naziri Tereza Meyin Avropa İttifaqı müzakirələrinə hazır olduğunu söyləyərək deyib: “Müzakirələrdə dostcasına münasibəti davam etdirəcəyik. Çünki İttifaqdan ayrılma qərarını İngiltərənin xalqı verib. Digər tərəfdən, Avropa İttifaqındakı 27 ölkənin maraqları qorunmaqla birolma dəyərləri güçləndiriləcək.”

  Almaniyanın Xarici İşlər naziri Siqmar Qabriyel isə sözü gedən mövzuyla bağlı deyib: “Xarici və təhlükəsizlik siyasətində Avropa üçün vazkeçilməz olan İngiltərənin Avropa İttifaqında olması hər kəsin xeyrinədir. Buna görə “İngiltərəyə Avropada qapı hər zaman açıqdır" deyirik.

  Fransa prezidenti Emmanuel Makron da bu fikirlərlə razılaşdığını bildirib.  



Әlaqәli Xәbәrlәr