Londonda 27 mərtəbəli bina yanır

Binanın ikinci mərtəbəsində başlayan və bütün binanı bürüyən alovların söndürülmə işləri davam edir.

752102
Londonda 27 mərtəbəli bina yanır

İngiltərənin paytaxtı  Londonun qərbindəki Latimer Road səmtində yerləşən 27 mərtəbəli binada yanğın oldu, yaralılar var.
 
 İkinci mərtəbədə başlayan və bütün binanı bürüyən alovların söndürülmə işləri davam edir.
 
 Yanğının səbəbi hələ müəyyən olunmayıb.
 
 Hadisə yerinə çox sayda polis, tibbi briqada, 200-dən çox  yanğınsöndürən cəlb olunub.
 
 Yanğınsöndürənlər  alovları nəzarət altına almağa çalışırlar.
 
 Binanın çökmə təhlükəsi  var.



Әlaqәli Xәbәrlәr