Belçika kralı mərakeşli ailə ilə birlikdə iftar etdi

Mərakeşli ailənin 3 nəslini bir araya gətirən 20 nəfərlik yemək süfrəsində katolik kral Filip də yeməyə xurma yeyərək başladı.

751668
Belçika kralı mərakeşli ailə ilə birlikdə iftar etdi

  Belçika kralı Filip Qent şəhərində mərakeşli ailənin qonağı oldu və ailə üzvlərilə birlikdə iftar etdi.

  Mərakeşli ailənin 3 nəslini bir araya gətirən 20 nəfərlik yemək süfrəsində katolik kral Filip də yeməyə xurma yeyərək başladı.

  İftarı təşkil Əbdül Əziz Benhaddou kral Filipin gəlişinin birlik və bərabərlik mesajı verdiyini bildirib.

  Qent şəhərinin mollası Xalid Benhaddou da kralın gəlişini “müsəlman cəmiyyətinə uzadılan əl” adlandırıb.

  Qeyd edək ki, 11,4 milyon əhalisi olan Belçikada təxminən 760 min müsəlman yaşayır. Belçikalı müsəlmanlar bu il təxminən 18 saat oruc tutur.



Әlaqәli Xәbәrlәr