Əbdülfəttah Sisi Anqela Merkellə görüşüb

Misir prezidenti Əbdülfəttah Sisi Almaniyanın Baş kansleri Angela Merkellə görüşüb.

751417
Əbdülfəttah Sisi Anqela Merkellə görüşüb

  Misir dövlət aparatından verilən yazılı məlumata görə, Almaniyanın paytaxtı Berlində Baş Nazirliyin binasında reallaşan görüşdə terrorla mübarizə, qeyri-qanuni miqrasiya, Qətərlə bəzi ərəb ölkələri arasında yaşanan diplomatik böhran və başda Liviya olmaqla bölgədəki digər münaqişələrə siyasi həll tapılması mövzuları müzakirə edilib.

  Merkel Misir və Almaniya arasındakı iş birliyi səviyyəsini tərifləyib və ölkəsinin Misirin izlədiyi iqtisadi islahat proqramını dəstəklədiyini dilə gətirib.

  Sisi də öz növbəsində Misir də daxil olmaqla bütün bölgədə təhlükəsizlik və sabitliyin təmin edilməsini, xüsusilə, Liviya və Suriyadakı böhranın tezliklə sona çatmasını, terroru maliyyələşdirən, ona siyasi və ideoloji don geyindirən ölkələrə qarşı mübarizənin intensivləşdirilməsini istədiyini bildirib.



Әlaqәli Xәbәrlәr