“Qətər neft hasilatının məhdud edilməsi qərarına sadiqdir”

Qətərin Enerji və Sənaye naziri Məhəmməd bin Saleh əs-Sadə Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) neft hasilatını məhdud etmə qərarına sadiq olduqlarını bildirib.

750453

Nazir verdiyi yazılı açıqmada qeyd edib ki, Qətər ilə bir sıra Ərəb ölkələri arasında yaşanan diplomatik böhran Qətərin neft hasilatını məhdud etmə qərarına mane olmayacaqdır.

OPEC-ə üzv olan Qətər əlaqəli qərar çərçivəsində neft hasilatını gündəlik 30 barel məhdud edir.

Qeyd edək ki, OPEC keçən il mayda xam neft hasilatının həcmini məhdud etmə sazişini 2017-ci il iyul ayının əvvəlindən 2018-ci ilin mart ayına qədər 9 ay uzatma qərarına gəlmişdi.

Әlaqәli Xәbәrlәr