Kataloniya azadlığı üçün səsverməyə gedir, amma İspaniya ...

İspaniyanın şərqindəki Kataloniya muxtar vilayəti vətəndaşları 1 oktyabrda olacaq müstəqilliklə bağlı referenduma dəstək üçün Barselona şəhərində nümayiş təşkil edib.

750864
Kataloniya azadlığı üçün səsverməyə gedir, amma İspaniya ...

   On minlərlə katalon İspaniya hökumətinin "qeyri-qanuni" hesab etdiyi referenduma beynəlxalq cəmiyyətdən dəstək istəyir.

  Nümayişdə “Manchester City” komandasının baş məşqçisi Xosep Qvardiola (Josep Guardiola) da iştirak edib. O, əlində boş qutu ilə kürsüyə çıxıb, manifestin ingiliscə variantını oxuyub və beynəlxalq aləmə səslənib: "İspaniya dövləti istəməsə də, gələcəyimizə qərar vermək üçün xalq səsverməsi edəcəyik. Avtoritar bir dövlətin təzyiqlərinə qarşı Avropa və dünyanın bütün demokratlarına buradan səslənirik. Kataloniyanın istəyi seçkidən tək cavabla çıxmaqdır.”

  İspaniya Baş naziri Mariano Raxoy Kataloniyanın müstəqilliyi üçün səs verəcək dövlət məmurları və şirkətlərinin "cinayətdə iştirak etmiş" sayılacağını bildirib.

  Qeyd edək ki, Kataloniya ən son 2014-cü ildə xalq səsverməsi keçirmiş, iştirakçıların 80 faizi müstəqillik lehinə səs vermişdi. İspaniya Konstitusiya Məhkəməsi isə Kataloniyanın İspaniyadan ayrılma prosesini başlamaq qərarını ləğv etmişdi.



Әlaqәli Xәbәrlәr