Sergey Lavrov:"Rusiya Qətər böhranının həll edilməsi üçün əlindən gələni edəcəkdir"

Rusiya xarici işlər naziri Sergey Lavrov Qətər ilə bəzi ərəb ölkələri arasındakı böhranın həll edilməsi üçün mümkün olan hər şeyi etməyə hazır olduqlarını bildirdi.

750131

 Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani ilə görüşünün mətbuata açıq hissəsində danışan Lavrov bəzi ərəb ölkələrinin Qətər ilə diplomatik əlaqələrini kəsməsinin Rusiyanı narahat etdiyini dilə gətirdi.
 
 Lavrov Rusiyanın region ölkələri ilə müxtəlif səviyyələrdə mütəmadi əlaqələrdə olduğunu qeyd etdi və:"Rusya, Qətər ilə bəzi ərəb ölkələri arasındakı böhranın həll edilməsi üçün əlindən gələn hər şeyi edəcəkdir". dedi.
 
Rusiyanın xarici işlər naziri terrorizmin region ölkələri üçün əsas təhlükə olduğunu vurğuladı və:"Terrorizmlə mübarizənin daha təsirli olması üçün Ərəb Birliyi, Körfəz Ərəb Ölkələri Əməkdaşlıq Şurası, regiondakı və xaricindəki bütün ölkələrin birliyi təmin edilməlidir" dedi.
 
 Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani  Moskva səfərinin məqsədinin baş verənlər və ölkəsinə qarşı atılan "qanunsuz" addımlarla bağlı məlumat vermək olduğunu qeyd etdi, Qətərə qarşı tətbiq edilən "qanunsuz" hərəkətlərin dəf edilməsi üçün yardım təklif edən Rusiyaya  təşəkkür etdi.

Әlaqәli Xәbәrlәr