Qətər Əmiri Trampın dəvətini rədd edib
Qətər əmiri şeyx Təmim bin Həməd Әl-Sani ABŞ prezidenti Donald Trampın Vaşinqtona dəvətini rədd edib.
749252
Qətər əmiri şeyx Təmim bin Həməd Әl-Sani ABŞ prezidenti Donald Trampın Vaşinqtona dəvətini rədd edib.
Bu barәdә Qәtәrin xarici işlәr naziri Şeyx Mәhәmmәd bin Əbdürrəhman Әl- Sani Amerikanın Associated Press xəbər agentliyinə verdiyi açıqlamada bildirib.
Mәlumata görә, Əmir Qətərin blokadada olduğu müddət ərzində ölkəni tərk etməyi planlaşdırmadığını bəyan edib.
Çərşənbə günü Qətər Əmiri Əl Sani ilə telefon әlaqәsi saxlayan Donald Trump Əmiri Ağ Evə dəvət edərək Qətər böhranında vasitəçi olmağı təklif etmişdi.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir vә Yәmәn rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan etmişdilәr.
Daha sonra bu ölkələrin sırasına Liviya, Maldiv, Qəmər adaları və Mavrikiy də qoşulub.