110 milyard dollarlıq silah razılaşması "yalan"mış

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı səfəri zamanı 110 milyard dollarlıq silah müqaviləsi imzaladığı "yalan xəbərdir" qarşılığı verilib.

747433
110 milyard dollarlıq silah razılaşması "yalan"mış

   ABŞ-ın qabaqcıl düşüncə qurumlarından olan “Brookings” institutunun mütəxəssisi Bryus Ridel (Bruce Riedel) 110 milyard dollarlıq silah müqaviləsinin fərqli hesablamalar yolu ilə əldə etdiklərini və çoxu əvvəlki dövrə aid razılaşmalar olduğunu bildirib: “Müdafiə sənayesi nümayəndələri və konqres üzvləri ilə görüşlərimdən bu nəticəyə gəldim ki, rəsmən belə bir razılaşma imzalanmayıb. Amma bunun yerinə niyyət və arzu bəyanlarını ehtiva edən bir sürü məktub var. Bu, ABŞ Müdafiə Nazirliyi ilə birbaşa bağlanan müqavilə olmasa da, planlanmış satışdır. Bunlar əvvəlki prezident B.Obamanın dövründə olub, “silah istəyi siyahısı” kimi təqdim olunub. Ona görə bu rəqəmlər əsassız və yalandır."

  Qeyd edək ki, ABŞ mətbuatında D.Trampın keçən ay getdiyi Səudiyyə Ərəbistanı səfəri zamanı bir qisim silah, digər qisim də enerji və texnologiya sahələri olmaqla ümumi 380 milyard dollarlıq müqavilələr imzalandığı xəbərləri dərc edilib.



Әlaqәli Xәbәrlәr