BMT-dən İsrailə çağırış

BMT Baş katibi Antonio Quterres, İsrailə 50 ildir davam edən Fələstin işğalına son qoyması haqqında çağırış edib.

746418
BMT-dən İsrailə çağırış

Daimi sülhün əsaslarını  qoymağın yeganə yolunun işğalın sona çatması və müzakirə edilmiş iki dövlətli həll yolunun mənimsənməsi olacağını bildirib.

BMT baş katibi Antonio Quterres, İsrailin Fələstini işğalının 50-ci il dönümündə verdiyi açıqlamada: “İşğal səbəbiylə Fələstin xalqının problemləri hər ötən gün artır. Qaçqın düşərgələrində yoxsulluq içində yaşamaq məcburiyyəti nəsildən nəsilə davam edir. İşğal, həm Fələstinlilərin həm də İsrailillerin həyatlarına mənfi təsir edir. Şiddət və intiqam hisslərini oyandırır. İşğalın davam etməsi halında Fələstinlilərin dövlət yaradma xəyalı ilə yanaşı İsrail xalqının da sülh, təhlükəsizlik arzusu reallaşmayacaq. Fələstinin dövlət olma istəyinin gerçək olması, İsrailin təhlükəsizlik probleminin həlli və daimi sülhün təməllərinin qoyulması, 1967-ci ildə başlayan İsrail işğalına son verilməsi və müzakirə edilmiş iki dövlətli bir həll yolunun mənimsənməsindən asılıdır.

Müstəqil bir Fələstin dövlətini yaratmağın, qarşıdurmalara son qoymağın və Fələstinin İsrail ilə yana-yana sülh çərçivəsində yaşamağının vaxtı gəlib çatmışdır. İsrail-Fələstin probleminin həll ilə Yaxın Şərqdə zorakılıq hadisələrinin və terrorun da sona çatacağına, insan hüquqları, əməkdaşlıq, təhlükəsizlik və rifah qapılarının açılacağına inanıram” deyə Antonio Quterres vurğulayıb.



Әlaqәli Xәbәrlәr