İtaliyada әsassız bomba hәyәcanı 1527 nәfәrin yaralanmasına sәbәb oldu

İtaliyanın Turin şəhərində Çempionlar Liqasının finalını izləmək üçün böyük ekran qoyulan meydanda izdiham yaşanıb.

745717
İtaliyada әsassız bomba hәyәcanı 1527 nәfәrin yaralanmasına sәbәb oldu

İtaliyanın Turin şəhərində Çempionlar Liqasının finalını izləmək üçün böyük ekran qoyulan meydanda izdiham yaşanıb.

Bu barәdә Turin Valiliyindәn verilәn mәlumatda bildirilib.

Oyunu nәhәng  ekrandan izlәyәn azarkeşlәr arasında әsassız  bomba hәyәcanı yaşanıb. Bu zaman izdiham yaranıb. Hadisә nәticәsindә 1527 nәfәr xәsarәt alıb. Yaralanan üç nәfәrin vәziyyәti ağır olaraq qiymәtlәndirilir.

Valilikdәn verilәn açıqlamaya görә, yaralananların əksəriyyəti yerdəki şüşə qırıqlarının üzərinə düşərək xəsarət alıblar.

Yerli prokurorluq istintaq işi başladıb.



Әlaqәli Xәbәrlәr