"Yaxşı bir lider olmağın tərkib hissəsi həm də..." A.Rudd

İngiltərədə 8 iyunda olacaq erkən seçkilərlə bağlı yarışacaq siyasətçiləri canlı yayım müzakirə proqramında iştirak ediblər.

743916
"Yaxşı bir lider olmağın tərkib hissəsi həm də..." A.Rudd

  Proqrama çıxmaq istəməyən Baş nazir Tereza Mey "qorxaq" adlandırılaraq tənqid atəşinə tutulub.

  İngiltərənin BBC kanalında dünən axşam yayımlanan liderlər müzakirəsində Baş nazir Meyin Mühafizəkar Partiyasından Daxili İşlər naziri Amber Rudd, ana müxalifət İşçi Partiyasının sədri Ceremi Korbi, Liberal Demokrat Partiyasının sədri Tim Farron, həddindən artıq sağçı Birləşmiş Krallıq Müstəqillik Partiyasının (UKIP) sədri Paul Nattol, Şotlandiya Milli Partiyası (SNP) Ümumi Başçı Köməkçisi Anqus Robertson, Yaşıl Partiyanın həmsədri Kerolayn Lukas və Uelsə Milliyyətçi Partiyası “Plaid Cymru”nun sədri Lian Vud iştirak edib.

  Təhsil, səhiyyə, təhlükəsizlik, ictimai yardımlar, “kəmərsıxma” siyasəti  ilə bağlı 90 dəqiqə davam edən proqramda siyasətçilər seçki vədlərini açıqlayıblar.

  Mühafizəkar Partiyanın nümayəndəsidən başqa digər natiqlər Teresa Meyi "cəsarətdən məhrum" adlandırıb və "müzakirədən qaçan” və “qorxaq" olaraq təqsirləndiriblər.

  Meyın proqramda iştirak etməmə qərarını müdafiə edən Mühafizəkar Partiyasından olan Daxili İşlər naziri Rudd isə: "Yaxşı bir lider olmağın tərkib hissəsi həm də yaxşı və güclü bir qrupa sahib olmaqdır", - deyib.



Әlaqәli Xәbәrlәr