Uşaqlığını yaşaya bilməyən uşaqlar

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günündə açıqlanan hesabata görə, dünyada 700 milyon uşaq, uşaqlığını yaşaya bilmir.

743944
Uşaqlığını yaşaya bilməyən uşaqlar

“Save the Children” tərəfindən, 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günündə açıqlanan hesabata görə, dünyada 700 milyon uşaq, uşaqlığını yaşaya bilmir.

Zorakılıq və döyüş səbəbiylə köç, erkən yaşda evlilik və hamiləlik, uşaq işçiliyi, pis səhiyyə şərtləri və məktəbə getməkdən məhrum edilmək uşaqlığı təhdid edən əsas faktorlar kimi qəbul edilir.

“Save the Children” 172 ölkədə apardığı araşdırmada 5 yaş altı ölüm, qeyri-kafi qidalanma, erkən evlilik, təhsil, uşaq işçiliyi, gənc yaşda hamiləlik, qarşıdurmalar səbəbi ilə sürgün və ölüm halları ilə nəticələnən həddindən artıq zorakılıq kimi 8 faktor yer tutub.

 Araşdırma uşaqlığın ən çox Qərb və Mərkəzi Afrikada təhdid altında olduğunu ortaya qoyub.

Siyahıda son yeri Niger tutduqda, bu ölkəni aşağıdan yuxarıya doğru Anqola, Mali, Mərkəzi Afrika Respublikası və Somali təqib edir.

Uşaqlığın ən az təhdid altında olduğu iki ölkə Norveç və Sloveniya olub. Bu ölkələri Finlandiya, Hollandiya və İsveç təqib edir.

Türkiyə isə 59-cu yerdədir.

Hesabata görə, dünyada təxminən 16 min uşaq beş yaşına çatmamış həyatını itirir. Ölümlərin səbəbi çox vaxt qarşısı alına ya da müalicə edilə biləcək səbəblərdir.

Hər iki saniyədən bir qız uşağı, bir uşaq dünyaya gətirir. Hamiləlik və doğum əsnasında ortaya çıxan fəsadlar dünya səviyyəsində 15 ilə 19 yaş arasındakı gənc qadınlarda ikinci yeri tutan ölüm səbəbidir.

Dünya miqyasında hər gün 200 uşaq cinayətə qurban gedir. Həddindən artıq zorakılıq,  depressiyaya və qayğı pozuqluğuna gətirib çıxarır və uşaqları ümumiyyətlə məktəbə getməkdən də saxlayır.

Hər il təxminən 15 milyon qız uşağı 18 yaşına gəlmədən evləndirirlər; bunların 4 milyonu 15 yaşın altında. Uşaq yaşda evliliyin ən sıx görüldüyü bölgələr Sahara altı Afrika ölkələri və Cənubi Asiya.

Yaşı 5-dən aşağı olan 156 milyon uşaq qeyri-kafi bəslənməyə görə kifayət qədər böyüyə bilmir.

Dünyada 168 milyon uşaq işləmək məcburiyyətindədir. Bu rəqəm Avropa ölkələrində yaşayan uşaqların ümumi sayından artıqdır. Çalışan uşaqların yarısı təhlükəli iş şəraiti ilə qarşı-qarşıyadır.

Dünyada 263 milyon uşaq məktəbə getmir. Qız uşaqları bu mövzuda oğlan uşaqları ilə müqayisədə daha çox təsirlənir.

Hesabatda uşaqlıq "hər şeydən əvvəl oyun oynanan və öyrənilən, bir uşağın şəxsiyyətinin tamamilə özünü inkişaf etdirə bildiyi" dövr kimi dəyərləndirilir.

Hər uşağın "sevgi, qayğı və qorunmağa" layiq olduğu ifadə edilib.

Uşaqlar arasında "ən çox əziyyət çəkə biləcək  və ən çox ayrı-seçilik qoyulan uşaqların qız uşaqları, qaçqın uşaqlar, yoxsul, əlverişsiz şəraitə sahib uşaqlar və əlil uşaqlar" olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr