Mora qasırğası qurbanları artır

Banqladeş və Myanmarda baş verən Mora qasırğasının qurbanları 7-ə çatıb.

743960
Mora qasırğası qurbanları artır

BBC-nin xəbərinə görə, təxminən 50 min evin ziyan gördüyü qasırğa tufanı səbəbiylə 350 min Banqladeşli evini tərk etmək məcburiyyətində qalıb.

Banqladeş Sahil mühafizə komandirliyi səlahiyyətlilərinin məlumatına görə, fəlakət nəticəsində 150 balıqçı itib. Bölgəyə 15 axtarma və xilasetmə gəmisi cəlb olunub. Aparılan xilasetmə fəaliyyətləri çirçivəsində indiyə dək 20 balıqçı xilas edilib. Axtarma fəaliyyətlərinə Hindistan donanması da dəstək verir.

Myanmarda da təsirli olan Mora Kasırğa tufanında yüz minlərlə Arakanlı Müsəlmanın sığındığı qaçqın düşərgələrində ağır fəsad yaranıb. Araka və Chin əyalətlərində təsirli olan tufan nəticəsində aralarında hökumət binaları, məktəblər və səhiyyə mərkəzlərinin də olduğu min 200 bina dağılıb.

 



Әlaqәli Xәbәrlәr