Çində quş qripi sürətlə yayılır

Çinin şimal-qərbində yerləşən Şaanşi əyalətinin Yuli şəhəri sakinlərindən birində quş qripi virisu aşkarlanıb.

743847
Çində quş qripi sürətlə yayılır

Yuli Səhhiyə və Ailə Planlaşdırma Bürosunun məlumatına görə yerli xəstəxanalardan birinə yerləşdirilən şəxsdə H7N9 virusu aşkarlanıb. Onun vəziyyəti ağırdır. Bu səbəbdən onunla yaxın münasibəti olanlar da müşahidə altına alınıblar.

Digər tərəfdən şəhərdə 20 minə qədər quş, virüs səbəbiylə tələf edilib.

Çində keçən həftə də ölkənin şimalında yerləşən Şanşi əyalətinin Datonq şəhəri sakini bir qadında quş qripi virüsü aşkarlanmışdı.

Çin Milli Səhhiyə və Ailə Planlaşdırma Komissiyasının hesabatına görə, ölkədə bu il Fevral ayında 61, martda 47, Aprel ayında da 24 nəfər H7N9 virusu səbəbiylə həyatını itirib. Çində quş qripi virusu ilk dəfə 2013-ci ilin Mart ayında təsbit edilmişdi.



Әlaqәli Xәbәrlәr