“Rusiya ABŞ seçkilərinə utanmazcasına müdaxilə etdi”, C.Brennan

Brennan Nümayəndələr Palatası Kəşfiyyat Komitəsinin təşkil etdiyi iclasda Konqres üzvlərinin Rusiyanın ABŞ seçkilərinə müdaxiləsilə bağlı suallarını cavablandırıb.

737900
“Rusiya ABŞ seçkilərinə utanmazcasına müdaxilə etdi”, C.Brennan

  Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsi – CİA-nın əvvəlki  başçısı Con Brennan Rusiyanın ABŞ-da ötən il keçirilən prezident seçkilərinə utanmazcasına müdaxilə etdiyini söyləyib.

  Brennan Nümayəndələr Palatası Kəşfiyyat Komitəsinin təşkil etdiyi iclasda Konqres üzvlərinin Rusiyanın ABŞ seçkilərinə müdaxiləsilə bağlı suallarını belə cavablandırıb: “Rusiya 8 noyabrda keçirilən prezident seçkilərindən əvvəl Donald Trampın ətrafında olan adamlara əlaqəyə girərək ABŞ seçkilərinə utanmazcasına müdaxilə edib. Biz çox sərt bir şəkildə buna reaksiya göstərməliyik. Və xəbərdarlqılarımıza baxmayaraq Rusiya bu yöndə fəaliyyətini davam etdirib. Tramp kampaniyasının bəzi adamları da Rusiyaya məlumat ötürüb."



Әlaqәli Xәbәrlәr