"Odnoklassniki", “Yandex” və "mail.ru"ya da qadağa qoyuldu

Ukrayna Rusiyaya qarşı sanksiyaları genişləndirdi.

733193
"Odnoklassniki", “Yandex” və "mail.ru"ya da qadağa qoyuldu

 Ukrayna prezidenti Petro Poroşenko Rusiyaya qarşı sanksiyaları artıran qərarı imzaladı.

  Ölkənin yerli rəsmi qəzetlərində çıxan məlumata görə, Ukraynada bəzi Rusiya vətəndaşlarının firmalarına sanksiyalar artırılıb, daha əvvəl siyahıda olan adamlara iqtisadi və xüsusi məhdudiyyətlərın müddəti uzadılıb. Sanksiya siyahısında Rusiyadan 1228 adam və 468 firmanın adı var.

  Ukraynada hətta "Vkontakte" və "Odnoklassniki" sosial şəbəkə saytları, internet-axtarış mühərriki “Yandex” və "mail.ru" kimi veb saytların istifadəsi və "Doktor Web" antivirus proqramına belə qadağa qoyuldu.



Әlaqәli Xәbәrlәr