Suriya mövzusunda Cenevrədə keçirilən danışıqlar

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura bu turun əvvəlkilərdən fərqli olacağını vurğulayıb.

732625
Suriya mövzusunda Cenevrədə keçirilən danışıqlar

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura İsveçrənin Cenevrə şəhərində mayın 16-da başlanacaq Suriya danışıqlarının 6-cu turunda keçid rəhbərliyi, konstitusiya, seçkilər və terrorla mübarizə məsələlərinin ətraflı şəkildə müzakirə ediləcəyini bildirib.

BMT-nin Cenevrə Ofisində mətbuat konfransı təşkil edən Mistura danışıqların gedişatına görə 19 və ya 20 mayda sona çatacağını söyləyib.

Mistura bu turun əvvəlkilərdən fərqli olacağını vurğulayaraq deyib ki, öncə bütün heyətlər Cenevrəye gələcək. Yəni BMT Təhlükəsizlik Şurasının 2254 qərarında təyin olunan heyətlər və bir əvvəlki danışıqlarda iştirak edən heyətləri nəzərdə tuturam.

Mistura Türkiyə, Rusiya və İranın Astanada Suriyada "münaqişəsiz bölgələrlə" əlaqədar imzaladığı memorandum sonra  danışıqların 6-cı turunun daha da əhəmiyyət qazandığına diqqət çəkib.

Turun Ramazan ayının (26 May-24 İyun) yaxınlaşması səbəbindən qısa danışıqlar şəklində olacağını ifadə edən Mistura bu turun davamı xüsusiyyətindəki danışıqların tarixinin isə Ramazan ayı içində müəyyənləşdiriləcəyini bildirib.

Görüşlər müddətində BMT olaraq mətbuat konfransı keçirməyəcəklərini ifadə edən Mistura müxalifət və rejim heyətindən də eynisini gözlədiklərini, ancaq seçimin özlərinə aid olduğunu söyləyib.

Әlaqәli Xәbәrlәr