Fransanın yeni prezidenti Emmanuel Macronun ilk səfəri Almaniyaya

Fransanın yeni prezidenti Emmanuel Macron vəzifəni  təhvil aldıqdan sonra xarici ölkələrdən ilk rəsmi səfərini Almaniyaya edəcək.

732540
Fransanın yeni prezidenti Emmanuel Macronun ilk səfəri Almaniyaya

Fransanın yeni prezidenti Emmanuel Macron vəzifəni  təhvil aldıqdan sonra xarici ölkələrdən ilk rəsmi səfərini Almaniyaya edəcək.

Macron Almaniyanın kansleri Angela Merkel ilə Berlində görüş keçirəcək.

İki liderin görüşündə Avropa İttifaqın gələcəyi ilə iqtisadi siyasətlərin müzakirə olunacağı gözlənilir.

Macronun Avropa siyasəti mövzusundakı məsləhətçisi Sylvie Goulard açıqlamasında Berlində əhəmiyyətli mövzuların müzakirə olunacağını və əməkdaşlıq mövzusunda bir yol xəritəsinin müzakirə ediləcəyini bildirib.

Digər tərəfdən Fransa prezidenti Macronun bugün Berlinə getmədən yeni  baş naziri təyin etməsi nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr