İranda baş vermiş zәlzәlә nәticәsindә 2 nәfәr ölüb,400 nәfәr xәsarәt alıb
İranın Şimali Xorasan vilayətində 5.7 bal gücündə zəlzələ baş verib.
731790

İranın Şimali Xorasan vilayətində 5.7 bal gücündə zəlzələ baş verib.
Әldә olunan mәlumata görә, tәbii fәlakәt nәticәsindә 2 nəfər həlak olub, 400 nəfər isə xəsarət alıb.
Qeyd edәk ki, yeraltı təkanlar yerli vaxtla 22.30-da qeydə alınıb.
Zəlzələnin episentri İranın Şimali Xorasan vilayətinin Piyş Kale rayonunda, yerin səthindən 11 km dərinlikdə qeydə alınıb.