Şimali Koreyadan BMT-dən tələb etdi

Şimali Koreyanın BMT-dəki daimi nümayəndəliyindən verilən məlumata görə, beynəlxalq cəmiyyətə nüvə proqramı və ballistik raket sınaqlarıyla bağlı Pyonqyanqa sanksiyaların tətbiq olunmaması çağırışı edilib.

731410
Şimali Koreyadan BMT-dən tələb etdi

  Şimali Koreya Birləşmiş Millətlər Təşkilatının üzvü olan 192 ölkənin nümayəndəliklərinə məktub göndərərək sanksiyaların qanuni dayağının olub-olmadığı müəyyənləşənə qədər BMT Təhlükəsizlik Şurası qərarlarının təkrar nəzərdən keçirilməsini istəyib.

  Şimali Koreyanın BMT-dəki daimi nümayəndəliyindən verilən məlumata görə, beynəlxalq cəmiyyətə nüvə proqramı və ballistik raket sınaqlarıyla bağlı Pyonqyanqa sanksiyaların tətbiq olunmaması çağırışı edilib.

  Şərhdə bildirilir ki, Şimali Koreya sanksiya qərarlarının qanuni dayağının araşdırılması üçün BMT tərəfindən mütəxəssislərdən ibarət beynəlxalq qrup yaradılması tələbini təkrarlayıb.

  Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası ilk dəfə 2006-cı ildə Şimali Koreyaya sanksiya tətbiq olunması qərarını verib. Şimali Koreya nüvə-mərmi sınaqlarına davam etdikdən və iki uzun çaplı raket atışını həyata keçirdikdən sonra bu tədbirlər artırılıb. Şimali Koreyanı nüvə proqramına görə sərt şəkildə tənqid edən və Çinin dəstəyilə Pyonqyanqı bundan çəkindirmək istəyən ABŞ prezidenti Donald Tramp rəhbərliyi bu ölkəyə daha çox sanksiya tətbiq olunmasını istəyir.



Әlaqәli Xәbәrlәr