İsveçrə yenə qalmaqal bir qərara imza atdı
Berndə 25 martda təşkil edilən mitinqdə asılan və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı hədəfə alan plakata görə heç kimə cəza verilməyəcəyi açıqlandı.
728217
Hər fürsətdə separatçı terror təşkilatı PKK və əlaltılarına dəstək olan İsveçrə yenə qalmaqal bir qərara imza atdı: Berndə 25 martda təşkil edilən mitinqdə asılan və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı hədəfə alan plakata görə heç kimə cəza verilməyəcəyi açıqlandı.
Bern Şəhər Polisi Müfəttişliyi və Bern şəhər rəhbərliyi sözü gedən mitinqlə bağlı apardıqları araşdırma nəticəsində nümayiş qanununun pozulmadığını və işin bağlanıldığını bildirib.
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi İsveçrənin Türkiyə üzrə səfirini çağıraraq mitinq və təhqirli şəkillə bağlı təşkilatçıların cinayət qarşısında məsuliyyət daşımasını tələb etmişdi.