Putin müharibə ritorikasından çəkinməyə və dialoqa çağırdı

Rusiya prezidenti Vladimır Putin Yaponiya baş baziri Şinzo Abe ile Kremldə görüşdü.

721944
Putin müharibə ritorikasından çəkinməyə və dialoqa çağırdı

Rusiya prezidenti Vladimır Putin Moskvada səfərdə olan Yaponiya baş baziri Şinzo Abe ile Kremldə  görüşərək  Koreya yarımadasındakı vəziyyətin ciddi şəkildə pisləşdiyini qeyd etdi və:" Məsələ ilə bağlı olan bütün ölkələri müharibə ritorikasından çəkinməyə, sakit və konstruktiv dialoqa çağırırıq. Bu baxımdan tez bir zamanda altılıq danışıqlarının  başlanılmasını vacib bilirik" dedi.
 
 Putin Rusiya ilə Yaponiya arasında mübahisəli ərazi olan Kuril adaları məsələsini ətraflı müzakirə etdiklərini bildirdi və: "Kuril adalarında birgə iqtisadi və ticari fəaliyyətlərin aparılması üçün prioritet layihələrin müəyyənləşdirilməsi barədə razılığa gəldik. Layihələrin araşdırılması üçün bu yaz Yaponiya rəsmiləri Kuril adalarına gələcəklər" dedi.
 
 Yaponiyanın baş naziri Abe  Putin ilə Şimali Koreya məsələsini müzakirə etdiklərini bildirdi və: "Japonya və Rusiya bu məsələ ilə bağlı birgə fəaliyyətlərini davam etdirəcəklər. Şimali Koreyanı Birləşmiş Millətlər TəşkilatıTəhlükəsizlik Şurasının qərarına görə hərəkət etməyə və provokatif aksiyalardan uzaq durmağa dəvət edirik" dedi.
 
 Yaponiya və onun müttəfiqləri olan Amerika Birləşmiş Ştatları, Cənubi Koreya, Avstraliya   Rusiya və Çindən Şimali Koreyaya nüvə fəaliyyətlərini  dayandırması üçün təzyiq etmələrini istəyirlər.
 



Әlaqәli Xәbәrlәr