Əfqanıstanda müdafiə naziri və silahlı qüvvələrin baş qərargah rəisi istefa verdilər

Həftə sonu Məzar-i Şərif yaxınlığındakı hərbi bazaya Talibanın etdiyi basqın siyasi ölkədə çaxnaşma yaratdı.

719282
Əfqanıstanda müdafiə naziri və silahlı qüvvələrin baş qərargah rəisi istefa verdilər

Əfqanıstanda həftə sonu Məzar-i Şərif yaxınlığındakı hərbi bazaya Talibanın etdiyi basqın siyasi çaxnaşmaya səbəb oldu.

140 hərbçinin öldürüldüyü basqından sonra bu gün istefa xəbərləri gəldi.

Prezident Sarayının Twitter hesabından yayılan məlumatda müdafiə naziri Abdullah Həbibi və silahlı qüvvələrin baş qərargah rəisi Qədəm Şah Şahimin istefa verdikləri bildirilir.

Məlumatda prezident Əşrəf Qaninin müdafiə nazirinin və  silahlı qüvvələrin baş qərargah rəisinin istefalarını qəbul etdiyi deyilir.

 

 



Әlaqәli Xәbәrlәr