Dünyanın ən təhlükəsiz şəhəri

Reytinq cədvəlində 378 şəhərin adı qeyd olunub.

719366
Dünyanın ən təhlükəsiz şəhəri

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi dünyanın ən təhlükəsiz şəhəri hesab edilib.

Numbeo.com” saytı tərəfindən tərtib olunan reytinq cədvəlində 378 şəhərin adı qeyd olunub.

İlk onluğa Almaniyanın Münhen, Tayvanın Taybey, İsveçrənin Bazel, Qətərin Doha, Hindistanın Manqalor və İsveçrənin Zürix şəhəri və Sinqapur daxil edilib. Saytın hesablama metodikasına əsasən əgər cinayətkarlıq səviyyəsi şəhərdə 20 baldan azdırsa, o şəhər təhlükəsiz sayılır. Əbu-Dabidə bu indeks 14,44-dür. 20-40 bal indeksə malik ölkələr isə aşağı cinayətkarlıq səviyyəsi olan ölkələr hesab olunur.

Dünyada ən təhlükəli şəhər isə Venesuelanın Karakas şəhəri hesab olunur. Burada cinayətkarlığın səviyyəsi 86,61 balla ölçülüb. Təhlükəli ölkələr onluğuna Hondurasın San-Pedro-Sula, Cənubi Afrika Respublikasının Pitermaritsburq, Yohannesburq, Pretoriya və Durban şəhərləri, Braziliyanın Rio-De-Janero və Resife şəhərləri və Malayziyanın Selanqor şəhəri daxildir. 



Әlaqәli Xәbәrlәr