Suriya rejimi İdlibdə dinc vətəndaşlara qarşı sarin qazından istifadə edib

Suriya rejiminin İdlibdə mülki vətəndaşlara qarşı sarin qazından istifadə etdiyi dəqiqdir.

717015
Suriya rejimi İdlibdə dinc vətəndaşlara qarşı sarin qazından istifadə edib

Suriya rejiminin İdlibdə mülki vətəndaşlara qarşı sarin qazından istifadə etdiyi dəqiqdir.

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı İdlib şəhərinin cənubundakı Xan Şeyhun bölgəsində kimyəvi silahdan istifadə edildiyi iddiasını araşdırmaq məqsədi ilə yaradılan heyətin əldə etdiyi dəlillərin tədqiq edilməsindən sonra ilk məlumatları yaydı.

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının direktoru Əhməd Üzümcü təşkilatın idarə şurası üzvlərinə verdiyi məlumatda bildirib ki,  araşdırma aparan heyətin üç meyit üzərindəki analizləri sübuta yetirdi ki, qurbanlar sarin yaxud ona oxşar zəhərli qaza məruz qalıblar.

Səfir həmçinin heyətin hələ də xəstəxanalarda müalicələri davam edən 7 nəfərdən götürülən nümunələrinin analizlərinin də qurbanların sarin və ya buna oxşar qaza məruz qaldığını sübuta yetirdiyini qeyd edib.

Təşkilatın İdarə Şurasının təlimatları və BMT-nin əlaqəli qərarları istiqamətində hərəkət edən heyətə tam etibarının  olduğunu vurğulayan Üzümcü Qurumun vəzifələndirdiyi mütəxəssislərin yaydığı ilk nəticələrin qurbanların sarin və yaxud da sarinə oxşar bir maddəyə məruz qaldıqlarına işarə etdiyini, indilik analizlərin davam etdirildiyini, ancaq bu nəticələrin də önəmli olduğunu bildirib.

Qeyd edək ki, Əsəd rejiminin İdlibin Xan Şeyxun mahalına aprelin 4-də etdiyi kimyəvi hücumda ümumilikdə uşaqların olduğu 100-dən çox dinc vətəndaşın öldüyü, 500 nəfərin qazdan təsirləndiyi bildirilmişdi.



Әlaqәli Xәbәrlәr