"İranın nüvə proqramı ilə bağlı saziş hədəfinə çatmadı", R.Tillerson

ABŞ dövlət katibi Rex Tillerson İran ilə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü arasında 2015-ci ildə imzalanan İranın nüvə proqramı ilə bağlı sazişin hədəfinə çatmadığını söyləyib.

716822
"İranın nüvə proqramı ilə bağlı saziş hədəfinə çatmadı", R.Tillerson

ABŞ dövlət katibi Rex Tillerson İran ilə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü arasında 2015-ci ildə imzalanan İranın nüvə proqramı ilə bağlı sazişin hədəfinə çatmadığını söyləyib.

Tillerson təşkil etdiyi mətbuat konfransında Donald Trump rəhbərliyinin İran siyasətini əhatəli şəkildə nəzərdən keçirdiyini, nüvə proqramına dair sazişin də bu çərçivədə müzakirə olunduğunu bildirib.

"İranla imzalanan nüvə proqramı ilə bağlı saziş hədəfinə çatmır." deyən Tillerson Washington -Tehran əlaqələrini yalnız nüvə razılaşma ətrafında dəyərləndirə bilməyəcəklərini, İranın eyni zamanda regional təhdid olduğunu ifadə edib.

İranı Şimali Koreyaya bənzədən Tillerson Tehran rəhbərliyinə nəzarət edilməyəcəyi təqdirdə ortaya yeni bir Şimali Koreyanın çıxacağını söyləyib.

Dövlət katibi Rex Tillerson ölkəsinin nüvə razılaşmanın davam etdirilməsi ehtimalına qarşı qapını bağlamadığını, ancaq bu mövzuda daha strateji səbir də göstərə bilməyəcəyini vurğulayıb.

İranın nüvə proqramının dünya sülhü üçün təhdid olmadığını bildirən Tillerson Tehran rəhbərliyinin Suriyada Bəşər Əsədin, İraqda şiə milislərə, Yəməndə isə Husilərə dəstək verərək regional problemlər yaratdığını söyləyib.

Rex Tillerson deyib ki, İran terroru dəstəkləyən ölkələr siyahısında ilk yerdədir və bir çox yerdə qarışıqlıq çıxararaq ABŞ-ın maraqlarını heçə sayır.



Әlaqәli Xәbәrlәr