Afinada bankın qarşısında bomba partladı

Yunanıstanın paytaxtı Afinada şəhər mərkəzindəki bank şöbəsinin qarşısına qoyulan bombanın partlaması nəticəsində bank və ətraf binalara zərər dəydi.

716632
Afinada bankın qarşısında bomba partladı

  Yunanıstanın paytaxtı Afinada bankın qarşısında bomba partladı.

 Bir internet saytına zəng edən naməlum şəxs tərəfindən Santaroza prospektində yerləşən Eurobank-ın qarşısına partlayıcı qoyulduğu barədə məlumat verildikdən sonra təhlükəsizlik qüvvələri bankın yerləşdiyi binanın ətrafındakı küçələri nəqliyyata bağlayaraq ətrafın təhlükəsizliyini təmin etdilər.
 
 Bankın girişinə  məktəb çantasının içərisində qoyulan bombanın partlaması nəticəsində bankın ön hissəsində və ətrafdakı binalara zərər dəydi.
 
 Bu saatadək hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb. Hadisə yerində geniş təhlükəsizlik tədbirləri görən polis araşdırmalara davam edir.



Әlaqәli Xәbәrlәr