Sankt- Peterburq metrosundakı terakta görə daha bir şübhəli saxlanıldı

Rusiyada aprelin 3-də Sankt- Peterburq metrosunda baş verən bombalı hücumun təşkilatçılarından biri yaxalandı.

715215
Sankt- Peterburq metrosundakı terakta görə daha bir şübhəli saxlanıldı

 Sankt-Peterburq metrosundakı bombalı hücumun təşkilatçılarından biri olduğu bildirilən bir nəfər saxlanıldı
 
 Rusiya Federal Təhlükəsizlik Xidmətindən (FSB) verilən açıqlamada metrodakı hücuma dair aparılan istintaq çərçivəsində, 27 yaşlı Orta Asiya mənşəli Abror Əzimovun paytaxt Moskva yaxınlarında yaxalandığı bildirilir.
 
 Açıqlamada Əzimovun partlayışın təşkilatçıları arasında olduğu və canlı bombanı hücuma hazırladığı deyilir, şübhəlinin ifadə üçün prokurorluğa sövq edildiyi qeyd edilir.
 
Xatırladaq ki, Sankt- Peterburq metrosuna edilən bombalı hücumda 15 nəfər həlak olub, 40-dan çox insan isə yaralanıb.
 
 Rusiya İstintaq Komitəsi  bombalı hücumu törədənin 22 yaşlı Akbarcan Cəlilov olduğunu açıqlayıb.



Әlaqәli Xәbәrlәr