“Ölkənin güclü liderliyə ehtiyacı var”, T.May

İngiltərənin baş naziri Theresa May ölkədə iyunun 8-də növbədənkənar seçki keçirilməsi üçün çağırış edib.

715381
“Ölkənin güclü liderliyə ehtiyacı var”, T.May

İngiltərənin baş naziri Theresa May ölkədə iyunun 8-də növbədənkənar seçki keçirilməsi üçün çağırış edib.

Baş nazir T.May “Brexit” qərarından sonra ölkəsinin “qətiyyətli, sabit və güclü liderliyə ehtiyacı olduğunu” söyləyərək bunu reallaşdırmağın yeganə yolunun növbədənkənar seçki olduğunu bildirib.

“Westminsterdə ayrılıq əvəzinə birliyə ehtiyacımız var” deyən May vurğulayıb ki, mövcud hökumətin “Brexit” müzakirələri barədə düzgün planı var. Ölkədə iyunun 8-də növbədənkənar seçki keçirilməsini nəzərdə tutan layihə isə aprelin 19-da İcmalar Palatasına təqdim ediləcək.

Ölkədəki xalq sorğularına görə, T.Mayın Mühafizəkar Partiyası ana müxalifətdəki İşçi Partiyasından irəlidədir. Ehtimal olunan bir zəfər “Brexit” ərəfəsində T.Mayın mövqeyini daha da gücləndirə bilər.



Әlaqәli Xәbәrlәr