Çexiya qaçqınları qəbul etmir

Çexiya Daxili İşlər naziri Milan Çovanec deyib: "Avropa İttifaqı iqtisadi sanksiyalarla təhdid etsə belə, Çexiya kvota daxilində qaçqın qəbul etməyi düşünmür."

713521
Çexiya qaçqınları qəbul etmir

  Çexiya Avropa İttifaqının üzv ölkələr arasında paylanmasına tətbiq etmək istədiyi kvota sistemi daxilində qaçqınları qəbul etməyəcəyini bildirib.

  Çexiya Daxili İşlər naziri Milan Çovanec deyib: "Avropa İttifaqı iqtisadi sanksiyalarla təhdid etsə belə, Çexiya kvota daxilində qaçqın qəbul etməyi düşünmür."

  Çexiyanın bu günə qədər 1600 qaçqından 12-sini qəbul etdiyini, qalanını  tamamlaya bilməyəcəyini söyləyən Çovanec bu qərarı ölkənin milli təhlükəsizliyinə görə verdiklərini deyib.

  Qeyd edək ki, Avropa İttifaqı Ədalət və Daxili İşlər Şurası 2015-ci ilin sentyabrında Avropada 120 min qaçqının kvota sitemiylə üzv ölkələrə paylanılması təklifini verdiyi zaman Slovakiya, Çexiya, Rumıniya və Macarıstan qarşı çıxdı, buna baxmayaraq, Şura təklifi səs çoxluğu ilə qəbul etdi.



Әlaqәli Xәbәrlәr