F - 35 A döyüş təyyarələri Avropada

Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi (Pentaqon) beşinci seriyadan olan F - 35 A döyüş təyyarələrinin bu həftə sonu Avropadakı hərbi bazalara göndəriləcəyini açıqlayıb.

713113
F - 35 A döyüş təyyarələri Avropada

  Pentaqondan verilən məlumatda deyilir: “Az sayda F – 35 A Lightning II təyyarələrinin Avropa Güvən Təşəbbüsü (ERİ) təşkilatı daxilində nə vaxtdandır planlaşdırılmış hərbi manevr məqsədiylə göndəriləcəyi ifadə edildi.

  F – 35-lərin 2020-ci illərdən etibarən Avropaya qalıcı olaraq yerləşdirilməsi planlaşdırılır.

  Qeyd edək ki, Avropa Güvən Təşəbbüsü (ERİ) təşkilatı ABŞ-ın eks-prezidenti Barak Obama tərəfindən Rusiya təhdidinə qarşı 2014-cü ildə yaradılıb. 2015-ci ildən ABŞ təşkilatın büdcəsinə hər il 1 milyard dolar pul verir.



Әlaqәli Xәbәrlәr