ABŞ, Rusiyanın dǝvǝtini qǝbul etmǝdi

ABŞ, bu gün Rusiyanın paytaxtı Moskvada təşkil edilməsi planlaşdırılan Əfqanıstan mövzulu yığıncağa qatılmayacağını bildirib.

712469
ABŞ, Rusiyanın dǝvǝtini qǝbul etmǝdi

ABŞ dövlǝt departamentinin müvǝqqǝti sözçüsü Mark Tonerin mǝlumatına görǝ, Rusiya Dövlət Başçısı Vladimir Putinin Əfqanıstan üzrǝ xüsusi nümayəndəsi Zamir Kabulovun bu gün ( 14 Apreldə) Moskvada təşkil edilməsi planlaşdırılan Əfqanıstan mövzulu danışıqlara ABŞ-ı dǝvǝt etmǝsinǝ baxmayaraq  qatılmayacaq. Toner, bunun Donald Trumpın  qǝrarı  olduğu deyib.  

Yığıncağın tǝkcǝ Rusiyanın bölgədəki təsirini artırmağa istiqamətli olduğunu ifadǝ edǝn Toner: “Əfqanıstanda sülhün təmin edilməsi uğrunda atılan bütün addımlara dǝstǝk veririk. Əfqanıstan mövzusunda Rusiya və bölgədəki digər aktyorlarla danışıqlar edirik. Ancaq Əfqanıstanda problemin həlli üçün ilk mǝrhǝlǝdǝ Taliban və Əfqan hökuməti arasında sülh danışıqları aparılmalıdır. Bölgədəki bütün ölkələr ortaq bir mǝxrǝcdǝ bir  araya gǝlmǝlidilǝr” deyǝ vurğulayıb.

15 Fevralda Moskvada təşkil edilən Əfqanıstan mövzulu dialoq yığıncağına Rusiya, Pakistan, Çin, İran, Hindistan və Əfqanıstandan nümayǝndǝ heyǝtlǝri qatılmışdı. Bu gün (14 Aprel) təşkil edilməsi planlaşdırılan yığıncağa isǝ 12 ölkədən nümayəndələr iştirak edǝcǝk.



Әlaqәli Xәbәrlәr