Tayvanda pişik və itlərin yemək məqsədilə qətlə yetirilməsi qadağan olundu

Tayvanda pişik və it əti yeyənlər böyük məbləğdə cərimə ödəyəcəklər

711122
Tayvanda pişik və itlərin yemək məqsədilə qətlə yetirilməsi qadağan olundu

Tayvanda Heyvan Qoruma Qanununun əhartə dairəsini genişləndirmək və heyvanlara əziyyət verənlərin cəzalarını artırmaq üçün hazırlanan layihə qəbul edildi.
 
 Yeni tənzimləmələrə görə, heyvanların nəqliyyat vasitələrinə bağlaayar qaçdırmaq da qadağandır.
 
 Qanunu pozanlar 2 il həbs cəzasına məhkum ediləcəklər.
 
 Pişik və it əti satan, və ya yeyənlərə 250 min Tayvan dolları (təxminən 8 min ABŞ dolları), heyvanlarını maşınlarına kəndirləyərək, onları maşının arxasınca qaçmaq məcburiyyətində qoyanlara da 15 min Tayvan dolları (təxminən 500 ABŞ dolları) cərimə kəsiləcək.
 
 Heyvanlara əziyyət verdiyi müəyyən olunan şəxslərin adları və fotoları da ictimaiyyətə elan olunacaq.
 
 İt ətinin geniş istehlak edildiyi Tayvanda 2001-ci ildə də pişik və it kimi ev heyvanların ətlərinin və kürklərinin iqtisadi məqsədlərlə satışı qadağan olunmuşdu.
 
 Hər il iyun ayında Guangşi Cuang Muxtar Bölgəsinin Yulin şəhərində keçirilən və minlərlə itin vəhşicəsinə qətlə yetirildiyi "İt Əti Festivalı" heyvan haqları müdafiəçilərinin reaksiyasına səbəb olur.
 
 Heyvansevərlər hər il Çin hökumətinə "qeyri-insani" kimi səciyyələndirdikləri festivalı keçirməmək üçün müraciət edərək imza kampaniyası keçirirlər.



Әlaqәli Xәbәrlәr