Suriya böhranının kölgəsində keçirilən yığıncaq

G-7 ölkələrinin xarici işlər nazirləri Suriya böhranının kölkəsində yığıncaq keçirir.

709834
Suriya böhranının kölgəsində keçirilən yığıncaq

G-7 ölkələrinin xarici işlər nazirləri Suriya böhranının kölkəsində yığıncaq keçirir.

İtaliyanın Lucca şəhərində baş tutan yığıncaqda ABŞ, Yaponiya, İngiltərə, Fransa, Almaniya və Kanadanın xarici işlər nazirləri iştirak edir.

Yığıncağa “Böyük yeddilik” ölkələri qrupuna daxil olmayan Aİ-nin Xarici Əlaqələr üzrə ali nümayəndəsi Federica Mogherini də qatılır.  

Nazirlər Rusiyanı Əsədə dayaq olmaq düşüncəsindən yayındırmağın yollarını axtarır. Həmin çərçivədə Suriya məsələsində Rusiyaya qarşı müəyyən ediləcək təzyiq siyasətləri müzakirə olunur.

İngiltərənin xarici işlər naziri Boris Johnson Əsəd rejiminə dayaq olmağın Rusiyanın mövqeyinə uyğun olmadığını söyləyib, suriyalı və rus hərbi məsullara əlavə sanksiyaların müzakirə olunacağını vurğulayıb.  

G-7 ölkələrinin xarici işlər nazirləri ABŞ-ın dövlət katibi Reks Tillersonun rəsmi Washingtonun Suriya mövzusunda dəqiq mövqeyini ortaya qoymasını gözləyir. 

Qeyd edək ki, Reks Tillerson yığıncaqdan əvvəl həmkarları ilə ikitərəfli görüşlər keçirərək, Washingtonun günahsız olanların yanında yer tutmağa davam edəcəyini söyləyib.

G-7 ölkələrinin xarici işlər nazirləri bugün də Suriya üzrə xüsusi iclasda 3 Körfəz ölkəsi, İordaniya və Türkiyənin xarici işlər nazirləri ilə bir araya gələcək.  

Yığıncaqda Türkiyəni xarici işlər naziri Mövlud Çavuşoğlu təmsil edəcək.



Әlaqәli Xәbәrlәr