Әfqanıstanda Taliban qruplaşmasının rәhbәri mәhv edilib

Bu barədə  20-ci Pamir Komandanlığı 1-ci piyada briqadasının komandiri  general-mayor Sayed  Qurban Musavi məlumat verib.

708664
Әfqanıstanda  Taliban qruplaşmasının rәhbәri mәhv edilib

Əfqanıstanın  Kunduz  vilayətinin Daşti Arçi rayonunda həyata keçirilən hava əməliyyatı nəticəsində  Talibanın bölgə rəhbərlərindən Asadullah Mazlumyar ilə 12 təşkilat  üzvü məhv edilib.

Bu barədə  20-ci Pamir Komandanlığı 1-ci piyada briqadasının komandiri general-mayor Sayed  Qurban Musavi məlumat verib.

O,  NATO qüvvələrinə aid pilotsuz uçuş aparatının  Talibana aid  mövqeləri bombaladığını bildirib.

Sayed  Qurban Musavi  bölgədə  terror qruplaşmasına qarşı əməliyyatların davam etdiyini  vurğulayıb.



Әlaqәli Xәbәrlәr